“Qarabağ” “Turan Tovuz”a, “Zirə” “Sumqayıt”a qarşı

“Qarabağ” “Turan Tovuz”a, “Zirə” “Sumqayıt”a qarşı
Oxunma sayı: 1129

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha 2 oyunu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, günün ilk matçında lider “Qarabağ” “Turan Tovuz”un qonağı olacaq. Qarşılaşma 14:00-da start götürəcək.

Günün son oyununda isə “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Matç 16:30-da start götürəcək.

Azərbaycan Premyer Liqası, XIX tur

25 yanvar

14:00. “Turan Tovuz” - “Qarabağ”

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Namiq Bəkirov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Tovuz şəhər stadionu, 14:00

16:30. “Zirə” - “Sumqayıt”

Hakimlər: Kamranbəy Rəhimov, Cavanşir Yusifov, Teymur Teymurov, Kamran Əliyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun açılış matçında "Kəpəz" evdə "Qəbələ" ilə heç-heçə edib - 2:2. Tura yanvarın 26-da keçiriləcək "Şamaxı" - "Səbail" və "Sabah" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.