“Qarabağ” futbol klubu Antalyada baş tutacaq qış təlim-məşq toplanışı zamanı 6 yoxlama oyunu keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk səhifəsində məlumat verilib.
Komanda ilk matçında, yəni yanvarın 17-si Rusiyanın “Kuban” klubuyla qarşılaşacaq. Yanvarın 20-si Polşanın "Lexiya", yanvarın 25-i öncə Makedoniyanın "Şkupi", daha sonra isə Ukraynanın "Mariopul" klublarıyla üz-üzə gələcək.
“Qarabağ”ın beşinci sınağı Bosniya və Hersoqovinanın "Sarayevo" komandasına qarşı olacaq. Son yoxlama matçında isə fevralın 3-ü Monteneqronun "Mladost" komandası klubumuza rəqib olacaq.

Son xəbərlər
Son Xəbərlər