Türkiyənin Gillette - Milliyet İlin İdmançısı Mükafatları (Gillette - Milliyet Yılın Sporcusu Ödülleri) qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, namizədlərin sırasında “Qarabağ” klubunun adı da olub.
Azərbaycan təmsilçisi tədbirdə “Jüri” xüsusi mükafatı ilə təltif edilib. Mükafatı klubun vitse-prezidenti Tahir Gözələ Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku təqdim edib.
Birinciliyi isə “Fənərbaxça” klubunun basketbol komandası qazanıb.
Qeyd edək ki, sözügedən tədbirdə “Qarabağ”ı prezident Tahir Gözəl, icraçı-direktor Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov təmsil edib.


Son xəbərlər
Son Xəbərlər