“Qarabağ” Türkiyədə son məşqinə çıxıb

qarabag-turkiyede-son-mesqine-cixib
Oxunma sayı: 1023

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, komanda bu gün toplanışın son məşqinə çıxıb. Məşq təxminən 90 dəqiqə davam edib. Futbolçular taktiki və toplu çalışmaları yerinə yetirib.

Komanda sabah iki yoxlama oyunu keçirəcək.

İlk matç Qazaxıstanın “Atırau”, ikinci görüş isə Polşanın “Termalika” klubuna qarşı olacaq. İlk oyun Bakı vaxtı ilə saat 16:30, ikinci matç  isə 18:30-da start götürəcək və hər iki qarşılaşma klubun “Youtube” kanalı vasitəsi ilə canlı yayımlanacaq.