“Qarabağ” “Tvente” matçını nə qədər azarkeş izləyəcək?

qarabag-tvente-matcini-ne-qeder-azarkes-izleyecek
Oxunma sayı: 1431


“Qafqazinfo”ya “Qarabağ” klubunun mətbuat xidmətindən verilən məlumata görə, “Qarabağ”- “Tvente” matçına bu ana qədər 9 min bilet satılıb. Matçın başlama saatına qədər bu rəqəmin daha da artacağı gözlənilir. “Qarabağ” klubu bilet satışına başlamazdan əvvəl Nərimanov rayon polis idarəsinə müraciət edərək kassalar önündəki yaranan  “qara bazar”ı aradan qaldrmaq məqsədilə kömək istəmişdi. Hazırda isə azarkeşlərin biletlərini rahat şəkildə kassalardan əldə etmələri üçün kassa ətrafına mühafizəçilər yerləşdirilib.

 

İqbal