“Qarabağ” üçün Çexiya klubu - Püşk atıldı+Yenilənib

qarabag-ucun-cexiya-klubu
Oxunma sayı: 3608

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.

"Qafqazinfo" xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə "Qarabağ"ın növbəti mərhələdəki rəqibi müəyyənləşəcək.

Ağdam təmsilçisi püşk zamanı səpələnməmişlər səbətində yer alacaq. Bu isə son Azərbaycan çempionunu daha güclü rəqiblə üz-üzə qoyacaq. Potensial rəqiblər sırasında "Olimpiakos" (Yunanıstan"), "Viktoriya" Plzen (Çexiya) və 8 cütün qalibi var.

Lakin buna qədər Ağdam təmsilçisi II təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" klubunu mübarizədən kənarlaşdırmalıdır. Bakıda keçirilən ilk oyunda rəqibinə 2:0 hesabı ilə qalib gələn "Qarabağ" səfərdə də bu üstünlüyünü qorumağa çalışacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 26/27 iyul və 2/3 avqust tarixlərində keçiriləcək.

Öz ölkəsində çempion olan klublar, Səpələnmişlər

"Olimpiakos" (Yunanıstan")
"Viktoriya" Plzen (Çexiya)
"Zalsburq" (Avstriya) - "Liepaya" (Latviya) cütünün qalibi
"Seltik" (Şotlandiya) - "Linkoln" (Cəbəllütariq) cütünün qalibi
APOEL (Kipr) - TNS (Uels) cütünün qalibi
BATE Borisov (Belarus) - SJK (Finlandiya) cütünün qalibi
"Legiya" Varşava (Polşa) - "Jrinski" (Bosniya və Herseqovina) cütünün qalibi
"Dinamo" Zaqreb (Xorvatiya) - "Vardar" (Makedoniya) cütünün qalibi
"Ludoqorets" (Bolqarıstan) - "Mladost" (Monteneqro) cütünün qalibi
"Kopenhagen" (Danimarka) - "Kruzaders" (Şimali İrlandiya) cütünün qalibi

Səpələnməmişlər

"Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq) cütünün qalibi
"Rusenborq" - "Nörçöpinq" (Norveç) cütünün qalibi
"Astana" (Qazaxıstan) - "Jalqris" (Litva) cütünün qalibi
"Astra" (Rumıniya)
"Şeriff" (Moldova) - "Hapoel" Be Şeva (İsrail) cütünün qalibi
"Srvena Zvezda" (Serbiya) - "Valetta" (Malta) cütünün qalibi
"Dinamo" Tiblisi (Gürcüstan) - "Alaşkert (Ermənistan) cütünün qalibi
"Hafnarfyordur" (İslandiya) - "Dandalk" (İrlıandiya) cütünün qalibi
"Trençin" - "Olimpiya" Lyublyana (Sloveniya) cütünün qalibi
"Ferensvaroş" (Macarıstan) - "Partizani" (Albaniya)

Öz ölkəsində çempion olmayan klublar, Səpələnmişlər

"Şaxtyor" (Ukrayna)
"Ayaks" (Hollandiya)
"Anderlext" (Belçika)
"Fənərbağça" (Türkiyə)
"Sparta" (Çexiya)

Səpələnməmişlər

PAOK (Yunanıstan)
"Styaua" Buxarest (Rumıniya)
"Monako" (Fransa)
"Yanq Boys" (İsveçrə)
"Rostov" (Rusiya)

"Qarabağ" "Düdelanj" səddini keçsə, "Viktoriya" (Çexiya), "Zalzburq" (Avstriya) - "Liepaya" (Litva), BATE (Borisov, Belarus) - SJK (Finlandiya), "Ludoqorets" (Bolqarıstan) - "Mladost" (Monteneqro) və "Kopenhagen" (Danimarka) - "Kruzeyders" (Şimali İrlandiya) cütlərinin qalibləri ilə görüşəcək.

***

"Qarabağ"ın rəqibi məlum olub. Təmsilçimiz "Düdelanj" səddini keçəcəyi təqdirdə III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" Plzen klubu ilə qarşılaşacaq.  

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 26/27 iyul və 2/3 avqust tarixlərində keçiriləcək