“Qarabağ” üçün Moldova və Alban təmsilçisi - Yenilənib

qarabag-ucun-moldova-ve-alban-temsilcisi
Oxunma sayı: 1085

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, tədbir Bakı vaxtilə saat 14:00-da İsveçrənin Nyon şəhərində baş tutacaq.
 
Püşkatmada ölkəmizi Çempionlar Liqasındatəmsil edən "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. 2-ci təsnifat mərhələsinin “Samtredia” ilə ilk oyununda 5:0 hesablı qələbə qazanan Ağdam klubu 3-cü mərhələnin bir addımlığındadır.
 
Püşkatmada 2-ci təsnifat mərhələsinin 17 cütü və mübarizəyə 3-cü təsnifat mərhələsindən qoşulacaq 13 klub iştirak edəcək.
 
“Qarabağ”ın əmsalı yüksək olduğundan “Samtredia” ilə birgə səpələnmişlər sırasında yer alıb. Bu isə cütün qalibinin səpələnməmişlər sırasında olan - nisbətən asan rəqiblə qarşılaşacağı deməkdir.
 
Beləliklə, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsində səpələnməmişlər sırasında olan “Vitorul”, “Slaviya” və 8 cütdən birinin qalibi ilə qarşılaşa bilər.

III təsnifat mərhələsi

Çempionlar

Səpələnmişlər

"Olimpiakos” (Yunanıstan)

"Linfild” (Şimali İrlandiya) - "Seltik” (Şotlandiya) cütünün qalibi

"Jilina” (Slovakiya) - "Kopenhagen” (Danimarka) cütünün qalibi

"Hibernians” (Malta) - "Zalsburq” (Avstriya) cütünün qalibi

"Jalgiris” (Litva) – "Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi

BATE (Belarus) - "Alaşkert” (Ermənistan) cütünün qalibi

"Mariehamn” (Finlandiya) - "Legiya” (Polşa) cütünün qalibi

APOEL (Kipr) - "Dudelanj” (Lüksemburq) cütünün qalibi

"Zrinski” (Bosniya və Herseqovina) - "Maribor” (Sloveniya) cütünün qalibi

"Qarabağ” (Azərbaycan) -"Samtredia” (Gürcüstan) cütünün qalibi
 
Səpələnməmişlər

"Malmö” (İsveç) - "Vardar” (Makedoniya) cütünün qalibi

"Spartak” (Latviya) - "Astana” (Qazaxıstan) cütünün qalibi

"Partizan” (Serbiya) - "Buduçnost” (Monteneqro) cütünün qalibi

"Riyeka” (Xorvatiya) - TNS (Uels) cütünün qalibi

"Dandalk” (İrlandiya) - "Rusenborq” (Norveç) cütünün qalibi

"Şerif” (Moldova) - "Kukesi” (Albaniya) cütünün qalibi

"Hapoel” (Beyer Şeva, İsrail) - "Honved” (Macarıstan) cütünün qalibi

"Slaviya” (Çexiya)

"Hafnarfyordur” (İslandiya) - "Vikinqur” (Farer adaları) cütünün qalibi

"Vitorul” (Rumıniya)
 
Qeyri-çempionlarlar

Səpələnmişlər

"Dinamo” (Kiyev, Ukrayna)

"Ayaks” (Hollandiya)

"Viktoriya” (Çexiya)

MOİK (Rusiya)

"Brügge” (Belçika)
 
Səpələnməmişlər

"Styaua” (Rumıniya)

"Yanq Boyz” (İsveçrə)

"Nitsa” (Fransa)

"Başakşehir” (Türkiyə)

AEK (Yunanıstan)

***

"Qarabağ"-ın son 5 potensial rəqibi

"Partizan" (Serbiya) - "Buduçnost" (Monteneqro) cütünün qalibi

"Riyeka" (Xorvatiya) - TNS (Uels) cütünün qalibi

"Şerif (Moldova) - Kukesi (Albaniya) cütünün qalibi

"Hapoel Beyer-Şeva (İsrail) - "Honved" (Macarıstan) cütünün qalibi

"Vitorul" (Rumıniya)

***

"Qarabağ" Çempionlar Liqasında üçüncü mərhələyə adlayarsa, "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə oynayacaq.