“Qarabağ üçün oxu-3”ün kastinqi başlayır

qarabag-ucun-oxu-3un-kastinqi-baslayir
Oxunma sayı: 937

İzləyicilər tərəfindən çox sevilən və xeyli müddətdir ki, böyük maraqla davamı gözlənilən “Qarabağ üçün oxu” layihəsinin 3-cü hissəsinin kastinqi başlayır.

“Qafqazinfo” xəbər verir ki, layihənin rəhbəri Ramal Rəsuldur.  “Məndən bəlkə də yüzlərlə, minlərlə dəfə soruşublar ki, “Qarabağ üçün oxu”nun üçüncü hissəsi nə vaxt hazır olacaq? Nəhayət, bizi gözləyənlərə müjdə verə bilərəm: az qaldı, ən uzağı 3 aya sizə elə bir musiqi ziyafəti təqdim edəcəyik ki, dadı uzun zaman damağınızdan getməyəcək,- deyə R. Rəsul AzVision.az-a bildirib.

Layihədə iştirak etmək istəyənlər

[email protected]

https://www.facebook.com/qarabaguchunoxu

https://www.instagram.com/qarabag_uchun_oxu

ünvanlarına yaza, yaxud, layihəni rəhbəri Rəmal Rəsulla (0557536787) əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, layihənin əvvəlki iki buraxılışı youtube-da 2.1 milyon baxış toplayaraq, böyük marağa və rəğbətə səbəb olmuşdu. Həmin videoları da bir daha sizə təqdim edirik.