“Qarabağ” üçün tarixi an - III mərhələdə də...

qarabag-ucun-tarixi-an
Oxunma sayı: 642

“Qarabağ” Azərbaycanın Çempionlar Liqasının (ÇL) qrup mərhələsində ilk təmsilçisi olmaq üçün böyük şans qazanıb.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi Avropanın ən nüfuzlu klub turnirində III təsnifat mərhələsinə çıxarsa, səpələnmişlər sırasında yer alacaq. Bu isə münasib rəqiblə düşəcəyimiz deməkdi.

Çexiyada daha yüksək reytinqə sahib “Viktoriya”nın yox, “Slaviya”nın çempion olması “Qarabağ”ın işinə yarayıb. Azərbaycan 1997-ci ildən təmsil olunduğu ÇL-də heç vaxt III təsnifat mərhələsində belə üstünlük qazanmayıb. Çempionumuzun indiyədək bu mərhələdə səpələnməmişlər sırasında yer alması onu güclü rəqiblə üz-üzə qoyurdu. Hesabında 18,050 bal olan “Qarabağ”ın yüksək reytinqi ona bu yay nisbətən zəif rəqiblə düşməyə və nəticədə ilk dəfə pley-offa çıxmağa imkan verəcək.

Xatırladaq ki, III təsnifat mərhələsi püşkü iyulun 14-də, II təsnifat mərhələsinin cavab matçı öncəsi atılacaq.