“Qarabağ” uduzdu- - Ümid Bakı görüşünə qaldı+Yenilənib

qarabag-uduzdu-
Oxunma sayı: 1995


“Qafqazinfo” xəbər verir ki, səfərdə “Seltik”in qonağı olacaq həmyerlilərimiz artıq Qlazqodakı “Seltik Park” arenadırlar. 

“Qarabağ”ın start heyəti də artıq bəllidir:

İbrahim Şehiç, Qara Qarayev. Rəşad Sadıqov, Ansi Aqolli, Bədavi Hüseynov, Reynaldo, Dani Kintana, İlqar Qurbanov, Riçard Almeyda, El Jadeyaoui, Cavid Tağıyev;

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Azər Salahlı, Elvin Yunuszadə, Vüqar Mustafayev, Elvin Məmmədov, Coşqun Diniyev, Raydel Pupon;

Baş məşqçi: Qurban Qurbanov;

Hakimlər: Robert Şhörgenhofer, Matthias Vinsaue, Riçard Huebler.

***

"Qarabağ" - "Seltik" oyununda start fiti çalınıb. 

***

Oyunda küncdən ilk zərbəni “Qarabağ” yerinə yetirir.

***

Oyunda ilk “ofsayd” “Seltik”in aktivinə yazılır.

***

Riçard qapıya zərbə vursa da, hücumu alınmır. 

***

Maçtda ilk sarı vərəqə rəqib komandadan Izaguirreyə göstərilib.

***

"Seltik"in heyətində Van Dijik sarı vərəqə aldı.

***

Oyunda ilk hissəyə yekun vuruldu. 

***

Oyunda ikinci hissə başladı.

***

Ansi Aqolli sarı vərəqə ilə cəzalandırıldı.

***

73-cü dəqiqədə komandamızın heyətində ilk əvəzləmə baş tutdu. Cavid Tağıyevin əvəzinə meydana Elvin Məmmədov daxil oldu.

***

Oyunda ilk qolu "Seltik" (82-ci dəqiqə, Boyata) komandası vurur. Hesab 0:1 rəqib komandanın xeyrinədir. 

***

Hakim əsas vaxta 4 dəqiqə əlavə edir. 

***

“Qarabağ” “Seltik”ə 0:1 hesabı ilə uduzdu. Komandalar arasında cavab oyunu avqustun 5-də, Bakıda keçiriləcək.

“Qafqazinfo”