“Qarabağ” Ukrayna “Şaxtyor”una qarşı

qarabag-ukrayna-saxtyoruna-qarsi
Oxunma sayı: 1322

“Qarabağ” bu gün Antalya toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi Donetsk “Şaxtyor”u ilə üz-üzə gələcək. Ukrayna çempionu ilə qarşılaşma Bakı vaxtı ilə 12:00-da start götürəcək.

Qeyd edək ki, Qurban Qurbanovun komandası Antalya hazırlığı zamanı  “Uypeşt”ə (Macarıstan) uduzub (0:1), “Bohemians”ə (Çexiya) qalib gəlib (3:1), “Pyast”la (Polşa) heç-heçə edib (1:1).

26 yanvar

Yoxlama görüşü
12:00. “Qarabağ” (Azərbaycan) – “Şaxtyor” (Donetsk, Ukrayna)

Antalya