Qarabağ universiteti tələbələrini qarşılamağa hazırdır? - Video

qarabag-universiteti-telebelerini-qarsilamaga-hazirdir
Oxunma sayı: 3478

Xəbər verdiyimiz kimi, Xankəndidə yerləşən Qarabağ Universiteti tələbələrini qarşılamağa hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Xəzər Televiziyası süjet hazırlayıb.

Məlum olub ki, artıq universitetin yataqxanasında son tamamlanma işləri aparılır.

Universitetin dekanı Elmar Mustafayev bildirib ki, yataqxanaya sentyabr ayında mindən çox tələbə yerləşdiriləcək. Qarabağ Universitetində daimi əsaslarla işləyən müəllimlər, o cümlədən digər əməkdaşlar universitetdə fəaliyyət göstərdikləri müddət ərzində ödənişsiz mənzil ilə təmin olunacaqlar.

Qeyd edək ki, Qarabağ Universitetində 6 fakültə, 27 ixtisas üzrə tədris aparılacaq. İlkin mərhələdə 1500 tələbənin qəbulu nəzərdə tutulur.

Daha ətraflı videomaterialda: