““Qarabağ” üzərində əzmkar qələbə xoşdur”

qarabag-uzerinde-ezmkar-qelebe-xosdur
Oxunma sayı: 1368

Antalya toplanışı çərçivəsində keçirilən yoxlama oyununda “Qarabağ”a qalib gələn (3:2) “Mariupol” klubunun baş məşqçisi Aleksandr Babiç açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, Ukrayna klubunun rəsmi saytına danışan mütəxəssis “Qarabağ” üzərində qələbədən danışıb:
 
“Bu görüşdə əsas vəzifəmiz oyun oyun təcrübəsi qazanmaq və müdafiə xətti üzərində çalışmaq idi. İlk hissədə təşəbbüsü bütünlüklə rəqibə verdik və qarşıya qoyduğumuz vəzifə üzərində işlədik. Müdafiədə çox oynadıq və düzgün yerdəyişmələr etdik. İkinci hissədə isə bir az irəlidə oynayıb, rəqibi səhvə yol verməyə məcbur etdik. Belə oyunlar bizə çempionata daha keyfiyyətli hazırlaşmaq üçün lazımdır. Təbii ki, hazırda nəticə əsas deyil. Ancaq belə yükləmələr fonunda güclü rəqib üzərində əzmkar qələbə qazanmaq xoşdur”.