"Rəqiblər arasında seçim etmək vacib deyil. Rəqibin kimliyindən asılı olmayaraq qələbə qazanmalıyıq. Buna görə növbəti mərhələnin oyunlarına yaxşı hazırlaşmalıyıq".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan Çexiyanın "Viktoriya" klubunun futbolçusu Roman Hubnik deyib.
Klubunun rəsmi saytına açılqmasında püşkü dəyərləndirən Çexiya millisinin 32 yaşlı mərkəz müdafiəçisinin fikrincə, rəqibin kimliyi onlar üçün maraqlı olmamamalıdır: "Təbii ki, "Qarabağ"la "Düdelanj"ın cavab matçı ilk növbədə baş məşqçi üçün böyük önəm kəsb edir. Məşqçilər korpusu məhz bu qarşılaşmaya əsasən rəqib barədə məlumat toplayır. Biz futbolçular üçün də həmin matçı izləmək faydalı olacaq. Bununla da potensial rəqiblərimizin oyun üslubunu, standart vəziyyətlərdə necə istifadə etdiklərini və digər güclü tərəflərini öyrənmiş olacağıq. Növbəti raundaİ yüksəlmək istəyirik və bunu gerçəkləşdirməyə çalışacağıq. Bu üzdən "Qarabağ" və ya "Düdelanj" ilə görüşməyin ciddi fərqi yoxdur".
Son xəbərlər
Son Xəbərlər