“Qarabağ və Krımın işğalı eynidir” - - Ruslana

qarabag-ve-krimin-isgali-eynidir-
Oxunma sayı: 1583



“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın xalq artisti, tanınmış ictimai-siyasi xadim, “Eurovision” musiqi yarışmasının qalibi Ruslana vesti.az saytına müsahibəsində Krım və Dağlıq Qarabağ münaqişələri arasında paralellik apararkən bildirib. 

“Əgər şərin qarşısı alınmasa, belə konfliktlər hər yerdə qızışacaq” – deyib Ruslana. 

O, Ukraynadakı Azərbaycan diasporundan da razılıq edib: “Onlar gözəl insanlardır. Biz doğma kimiyik. Azərbaycan və Ukrayna xalqları qohumluq əlaqələrinə malikdir. Bizim aramızda qarşılıqlı məhəbbət və qarşılıqlı heyranlıq var. Mən sizin xalqı sevirəm”.