“Qarabağ” və “Neftçi”nin oyunları təxirə salındı

qarabag-ve-neftcinin-oyunlari-texire-salindi
Oxunma sayı: 1143


“Qafqazinfo” Peşəkar Futbol Federasiyanın saytına istinadən xəbər verir ki, “Qarabağ” və “Neftçi” klubları Peşəkar Futbol Liqasına müraciət edərək, UEFA Avropa Liqasının pley-off mərhələsində çıxış etdiklərini və hər iki klubun ölkəmizi bu turnirin qrup mərhələsində təmsil etmək şansının yüksək olduğundan Topaz Premyer Liqasının III turunun “Araz Naxçıvan” – “Qarabağ” və AZAL - “Neftçi” matçlarının təxirə salınmasını xahiş ediblər. 

Yuxarıda göstərilənləri və yarışların əsasnaməsinin 3.19 bəndini nəzərə alaraq, Topaz Premyer Liqasının III turunun “Araz Naxçıvan” – “Qarabağ” və AZAL – “Neftçi” matçları başqa tarixə keçirilib.