“Qarabağ” və “Neftçi”nin stadionu dəyişdirilir

qarabag-ve-neftcinin-stadionu-deyisdirilir
Oxunma sayı: 1635

"Qarabağ" və "Neftçi" klubları ev oyunlarını keçirdiyi stadionları may ayından etibarən Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının Yerli Təşkilat Komitəsinin ixtiyarına verəcəklər. 

"Qafqazinfo" report.az-a istinadən xəbər verir ki, səbəb kimi "Azərsun Arena" və "Bakcell Arena"nın mayın 5-dən start götürəcək qitə çempionatının oyunları üçün ayrılması göstərilib.

"Qarabağ"ın stadionunda yalnız qrup oyunları keçiriləcək. Görüşlər 5-6, 8-9 və 11-12 mayda baş tutacaq. "Neftçi"nin ev arenası isə qrup oyunları ilə yanaşı, 14-15 maya təsadüf edəcək 1/4 final oyunları üçün də nəzərdə tutulub. "Qarabağ" mayın 4-də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində "İnter"i, Premyer Liqada isə mayın 7-də XXXIII turda "Sumqayıt"ı, mayın 11-də XXXIV turda "Qəbələ"ni, mayın 21-də mövsümün son turunda AZAL-ı qəbul etməlidir. "Bakcell Arena"da isə "Neftçi" mayın 7-də XXXIII turda AZAL, mayın 15-də XXXV turda "İnter"lə qarşılaşacaq. Klublardan "Report"a verilən məlumata görə, hələlik ev oyunlarının hansı stadionda keçiriləcəyi müəyyənləşməyib.

Qeyd edək ki, Avropa çempionatı mayın 21-dək davam edəcək.