“Qarabağ” və “Qəbələ” məğlub oldu

qarabag-ve-qebele-meglub-oldu
Oxunma sayı: 1879

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Qarabağ” sonuncu yoxlama oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu “Dinamo Kiyev”ə 0:1 hesabı ilə məğlub olub.

“Qarabağ” daha öncə Bolqarıstanın “Ludoqorets” (1:1), Avstriyanın “Vakker İnsbruk” (0:0) klubları, eləcə də Suriya millisi (0:1) ilə yoxlama oyunları keçirmişdi.

Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” isə Polşanın “Krakoviya” klubu ilə qarşılaşıb.

Polşa təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

“Qəbələ” bunadək Albaniyanın “Kukesi” (1:1) və Xorvatiyanın “Dinamo” (0:2) klubları ilə yoxlama oyununda üz-üzə gəlmişdi.

Qarabağ - Dinamo (Kiyev) 0:1

Qol: 14 - Çiqankov

“Qarabağ”ın start heyəti: 12. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 52. Yakub Jezniçak, 5. Maksim Medvedev, 77. Donald Gerrye, 2. Qara Qarayev, 91. Coşqun Diniyev, 19. Filip Ozobiç, 10. Dani Kintana, 17. Abdullah Zubir, 11. Mahir Mədətov.

“Qəbələ” – “Krakoviya” 0:1

Qol: 30 - Gerard Oliva

“Qəbələ”nin start heyəti: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov, 18. İlqar Qurbanov, 88. Sabien Lilay, 11. Asif Məmmədov, 28. Stiven Monroz, 19. Ceyms Adeniyi, 10. Rauf Əliyev.