Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış “Zirə”–“Araz-Naxçıvan” və “Şamaxı” – “Qarabağ” oyunlarının keçiriləcəyi tarix müəyyənləşib.
“Qafqazinfo” PFL-in saytına istinadən xəbər verir ki, “Zirə” – “Araz-Naxçıvan” matçı noyabrın 6-sı, “Şamaxı” – “Qarabağ” qarşılaşması isə dekabrın 19-u keçiriləcək.
Oyunların məkanı və başlama saatı ilə bağlı əlavə məlumatların veriləcəyi vurğulanıb.