““Qarabağ” verdiyi sözə əməl etmədi” - Donald Gerye

““Qarabağ” verdiyi sözə əməl etmədi”
Oxunma sayı: 2643

Xəbər verdiyimiz kimi, “Qarabağ” haitili legioneri Donald Gerye ilə yolları ayırıb.

“Qafqazinfo”ya açıqlama verən təcrübəli yarımmüdafiəçi Ağdam klubundan ayrılmasına münasibət bildirib:

““Qarabağ”la müqaviləmi pozdum, çünki onlar verdikləri sözə əməl etmədilər. Biz mənim istədiyim məbləğə razılaşdıq. Kluba dedim ki, əvvəlcədən ödəniş istəyirəm. 5 iyunda müqavilə imzalamadı idik. Onlar müqavilədən öncə pul verəcəklərinə söz verdilər. Amma buna əməl etmədilər. Dedilər ki, Bakıya gəl. 5 iyulda Azərbaycana gələcəkdim. Lakin onlara bildirdim ki, mən ilk ödənişi almadan oraya gəlməyəcəm. Razılaşdığımız kimi olmadığı üçün gəlmədim”.

Donald bildirib ki, onun illik müqaviləsi 380 min dollar olmalı imiş: “Müqavilədə nəzərdə tutulan pulun 180 minini əvvəlcədən mənə verməli idilər”.

Məsələyə klubun baş məşqçisi Qurban Qurbanov münasibət bildirib: “Pul məsələsi ilə bağlı fikir bildirmək istəmirəm. Amma Donaldla biz burdan gedərkən razılaşmışdıq. Sonradan danışdıq və yenə razılaşdıq. Amma o dediklərinə əməl etmədi. Biz onun bura gələcəyi vaxtı da müəyyən etmişdik. Sonra istədiyimiz kimi olmadı və yolları ayırdıq. Ona uğurlar arzu edirəm”.

Elsevər Məmmədov


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi