Qarabağ veteranının müraciətlərinə baxılmır

qarabag-veteraninin-muracietlerine-baxilmir
Oxunma sayı: 1345


O deyib ki, qanunsuz olaraq işdən çıxarılıb: "Tarix müəllimi işləyəkən test üsulu  ilə  Dövlət  Miqrasiya  Xidmətinə  işə  qəbul  olundum. DMX-nin  təzə yarandığı vaxtlarda  regionda  tanınması və nailiyətlər qazanmasında  böyük əməyim olub. Əməyin  bəhrəsini görmək zamanında   qərəzli  şəkildə, qanunsuz  işdən çıxarılmışam. 37 yaşımda  savadımla, öz  gücümlə, kimsənin kölgəsində sürünmədən  işə qəbul olunsam da,  taleyimlə oyun oynayaraq  məni  çörəksiz  qoyaraq,  kommunal  xərclərin  ödənilməsi üçün  mənə  verilən  37 manat sosial müavinətin  ümidinə  saxlayıblar.

Məhkəmələr  də  qanunların  aliliyini  deyil, DMX-nin  vəzifəli  şəxslərini  mövqeyini  müdafiə  edirlər. Mənim kimi testlə qəbul olunan  hakimlərə  mənim məhrumiyyətlərə düçar  olmağım  görəsən  niyə bu qədər lazımdır?! 7 aydır  məhkəmələr  mənim  iddiama ümümi   yaxud, inzibati məhkəmədə baxılmasını müəyyən edə bilmirlər.

Dəfələrlə  DMX  rəisi, III dərəcəli dövlət miqrasiya xidməti  müşaviri F.Nəbiyevin  qəbulunda iştirak etmək istəsəm də, məni qəbul etməyib. Müraciətlərim DMX-yə  göndərilir. DMX Kadrlar idarəsi də eyni məzmunlu informasiya xarakterli şablon cavabları mənə göndərir. Artıq qeyri-ciddi hesab etdiyim bu məktubları açmıram və sayıram".

Fərid Qulamov bildirib ki, məsələ ilə bağlı ölkə başçısına müraciət edəcək: "19 mart  miqrasiya işçilərinin peşə bayramıdır. Həmin gün  mənim qanunsuz işdən çıxarılmağımın 8 ayı tamam olur. Qanunsuz işdən çıxarılmağımın əsl səbəbləri və hüquqlarımın bərpası xahişi ilə ölkə başçısına mətbuat vasitəsi ilə müraciət edəcəyəm. Ümidim  yalnız cənab prezidentədir. İnanıram ki, Novruz bayramı ərəfəsində müharibə  veteranının səsinə səs verən olacaq".