“Qarabağ”-“Viktoriya” matçına 224 bilet qalıb

qarabag-viktoriya-matcina-224-bilet-qalib
Oxunma sayı: 1462

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Viktoriya" oyunu üçün satışa çıxarılan biletlərdən cəmi 224-ü qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Qarabağ” klubunun rəsmi səhifəsi məlumat yayıb. 

Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək. Matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.