“Qarabağ” - “Viktoriya” oyununun hakimləri açıqlandı

qarabag-viktoriya-oyununun-hakimleri-aciqlandi
Oxunma sayı: 2002

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ”ın turnirin pley-off mərhələsində Çexiyanın “Viktoriya Plzen” klubuna qarşı keçirəcəyi oyunu idarə edəcək hakimlər açıqlanıb.

“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avqustun 17-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.