“Qarabağ” xal ehtiyatını yaxşılaşdırdı

qarabag-xal-ehtiyatini-yaxsilasdirdi
Oxunma sayı: 823

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Qarabağın evdə “Viktoriya” ilə qarşılaşmasında qeydə alınan 1:1 hesablı nəticə əmsalımızın artımına səbəb olub. “Qafqazinfo” xəbər verir ki, bununla da ölkəmiz reytinq cədvəlində daha 0.125 qazanıb.

Hazırda Azərbaycan 15.750 xalla əvvəlkitək 24-cü pillədədi. İzləyicisi olduğumuz Şotlandiya bu gün meydana çıxacaqsa, bizi təqib edən Kipr təmsilçiləri isə ölkəmizə bir az da yaxınlaşıb. APOEL-in qələbəsi adalılara 0.250 xal qazandırıb və hazırda onların əmsalı 15.550-ə bərabərdi.

Qeyd edək ki, bu mövsüm ölkəmizin reytinq əmsalını “Qəbələ” 0.875, “Qarabağ” 0.625, “Kəpəz”“Neftçi” isə 0.375 xal zənginləşdirib.