Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu baş tutub.
“Qafqazinfo” xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"ı qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb - 0:0.
Bununla da "Qarabağ"ın xalı 42-yə çatıb. "Sabah" isə 21 xalla 5-ci pilləyə yüksəlib.
“Qarabağ”– “Sabah” - 0:0
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00.
Son xəbərlər
Son Xəbərlər