“Qarabağ” “Xəzər Lənkəran” oyunu təxirə salına bilər- - Açıqlama

qarabag-xezer-lenkeran-oyunu-texire-salina-biler-
Oxunma sayı: 1268


Mərkəzi Arenanın hazırkı vəziyyəti ilə maraqlamaq üçün stadionun direktoru Akif İsmayılovla əlaqə saxladıq. A.İsmayılov “Qafqazinfo”ya açıqlamasında yağan güclü qar ilə əlaqədar oyunun təxirə salınma ehtimalının olduğunu deyib: “Hazırda güclü qar yağır. Təmizləmə işləri apara bilmirik. Çünkü ot örtüyünə ziyan dəyə bilər. Ona görə də qarın dayanmasını gözləyirik. Stadionun istilik sistemi işləyir. Biz onu 14-15 dərəcədə işlədirik. Dərəcəni artırmağa da qorxuruq. Çünkü otun kökü korlana bilər. Qarla yanaşı, havada don da var. Bu da bizim işimizə mane olur. Yenə də sabahı gözləyəcəyik görək hava necə olur. Oyunun təxirə salınma ehtimalı var”


İqbal