“Qarabağ” Xocalıya görə meydana xüsusi formalarla çıxdı - Foto

qarabag-xocaliya-gore-meydana-xususi-formalarla-cixdi
Oxunma sayı: 1214

Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "Səbail" görüşünə Ağdam klubunun futbolçuları meydana Xocalı soyqırımının 29-cu ildönümünü anmaq üçün xüsusi formalarda çıxıblar. 

"Qafqazinfo" xəbər verir ki, formanın kürəyində #JusticeforKhojaly (Xocalıya ədalət), qolunda isə 613 rəqəmi (Xocalı soyqırmı qurbanlarının sayı) yazılıb.