“Qarabağ” yenə qalib gələ bilmədi

qarabag-yene-qalib-gele-bilmedi
Oxunma sayı: 1516

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” növbəti yoxlama oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi Makedoniyanın “Şkupi” klubu ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

“Qarabağ” – “Şkupi” 0:0

Qeyd edək ki, “Qarabağ” saat 18:30-da Ukraynanın “Mariupol” klubu ilə də hazırlıq.

Ağdam təmsilçisi ilk sınaq matçında “Kuban”la 2:2, digər görüşdə “Lexiya” (Polşa) ilə 1:1  hesablı bərabərliyə razı olub. “Qarabağ”  yanvarın 29-da “Sarayevo” (Bosniya və Herseqovina), fevralın 3-də isə “Mladost”la (Monteneqro) üz-üzə gələcək.