“Qarabağ” yeni transferə hazırlaşır

qarabag-yeni-transfere-hazirlasir
Oxunma sayı: 2001

Son Azərbaycan çempionu "Qarabağ" yeni transferə hazırlaşır.

"Qafqazinfo" İspaniya mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi İspaniya La Liqasında çıxış edən “Leqanes”in futbolçusu Kvabena Ovusunu transfer etməyə yaxındır.

“Leqanes”lə “Qarabağ” arasında artıq razılaşma əldə olunduğu da bildirilir. 22 yaşlı hücumçu hazırda icarə əsasında “Kordoba” klubunda çıxış edir.

Qeyd edək ki, İspaniyanın B Sequndasında mübarizə aparan komanda ilə bu mövsüm 16 oyuna çıxan qanalı futbolçu 6 qol vurub. Ovusunun “Kordoba” ilə icarə müqaviləsi mövsümün sonuna qədərdir.