“Qarabağ” yeni transferini açıqladı

qarabag-yeni-transferini-aciqladi
Oxunma sayı: 4832

Son Azərbaycan çempionu “Qarabağ” növbəti transferini rəsmiləşdirib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi İspaniyanın “Alkorkon” klubundan hücumameylli yarımmüdafiəçi Emmanuel Addaini heyətinə cəlb edib.

Klubla 23 yaşlı qanalı futbolçu arasında 2 illik müqavilə imzalanıb. 

Addainin son komandası 2022-24-cü illərdə formasını geyindiyi İspaniya təmsilçisi “Alkorkon” olub. O, bunadək Fransada “Bobiqni” klubunda (2021-2022) çıxış edib.