Qərbi Azərbaycanın işğal altındakı Göyçə gölü yaxınlığında qəza baş verib.
“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən məlumatına görə, iki maşının toqquşması nəticəsində 9 nəfər yaralanıb. Onlardan 4-ü uşaqdır. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə Havar şəhərində İrəvan-Xocavənd magistralının 28-ci km-liyində baş verib.
Bundan əvvəl İrəvan-Armavir magistral yolunda “Mercedes” və “Kia”nın toqquşması nəticəsində daha 2 nəfər yaralanmışdı.
İcevan-Noemberyan yolunda “Mercedes” və “Vaz 2106”nın toqquşması nəticəsində isə 6 nəfər xəsarət almış, sürücülərdən biri – 35 yaşlı hərbçi xəstəxanada dünyasını dəyişmişdi.
Son xəbərlər
Son Xəbərlər