“Qafqazinfo” xəbər verir ki, nəticəsi daha çox gözlənilən matç”Qarabağ”la “Qəbələ” arasında oynanılacaq. “Qarabağ” qələbə qazanaraq çempionluğa gedən yolu daha da yaxınlaşdırmaq niyyətindədir. Əldə olunacaq 3 xal ən yaxın izləyici olan “Neftçi”ni 10 xal fərqi ilə uzaqlaşdıracaq. Bu matçın “Qəbələ” üçün də əhəmiyyəti çoxdur. Çünki məğlubiyyət Yuri Syominin komandasını bir qədər də geri salacaq və mükafatlara gedən yolda ciddi zərbə olacaq. İlk 3 dövrədə keçirilən matçlar “Qarabağ”ın qələbələri ilə (1-0,4-3, 1-0) yekunlaşıb.
Günün digər matçı “İnter”lə “Rəvan” arasında keçiriləcək.
30 mart
Saat 17:00
“İnter”- “Rəvan”
Saat 18:00
“Qarabağ”- “Qəbələ”
İqbal
Son xəbərlər
Son Xəbərlər