“Qarabağ” “Zirə” ilə bərabərə qaldı

qarabag-zire-ile-berabere-qaldi
Oxunma sayı: 1385

Bu gün Azərbaycan Premyer Liqasında VII turun son iki oyunu keçirilib.

"Qafqazinfo" xəbər verir ki, bu qarşılaşmalarla çempionatın I dövrəsinə yekun vurulub.

Günün ilk görüşündə “Sabah” “Sumqayıt”ı qəbul edib və 1:2 hesabı ilə uduzub.

Günün ikinçi matçında isə “Qarabağ” səfərdə “Zirə” ilə bərabərə qalıb - 0:0.

Azərbaycan Premyer Liqası
VII tur
25 oktyabr (bazar)

 

14:00. “Sabah” – “Sumqayıt” - 1:2
Qollar: Cavid İmamverdiyev, 64 (avtoqol) - Əli Qurbani, 27, Səbuhi Abdullazadə, 90+5
 
16:00. “Zirə” – “Qarabağ” - 0:0
Qırmızı vərəqə: Rahil Məmmədov, 68