Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci turun daha bir oyunu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” “Azersun Arena”da “Zirə”ni qəbul edib.
Oyunda hesabı qonaqlar açıb. Matçın 17-ci dəqisəsində “Zirə”nin heyətində Melivilo fərqlənib. Lakin 2 dəqiqə sonra Ağdam təmsilçisi cavab qolunu vurub. Qarşılaşma elə 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, turun qapanış matçı isə “Sumqayıt”la “Sabah” arasında keçiriləcək.
Xatırladaq ki, ilk oyun günündə “Neftçi” səfərdə “Keşlə”yə 3:0, “Səbail” isə evdə “Qəbələ”yə 1:0 hesabıyla qalib gəlib.
Azərbaycan Premyer Liqası
25-ci tur
4 may
“Qarabağ” – “Zirə” 1:1
Qol: A.Zubir, 19 – F.Melivilo, 17.
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Səbuhi Bayramov.
Bakı. “Azersun Arena”, 18:00.
Son xəbərlər
Son Xəbərlər