“Qarabağ” “Zirə” ilə qarşılaşacaq

qarabag-zire-ile-qarsilasacaq
Oxunma sayı: 855

Bu gün Azərbaycan Premyer Liqasında 15-ci turun daha iki oyunu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə turnir cədvəlinin alt pillələrində qonşu olan “Kəpəz” və “Şamaxı” komandaları üz-üzə gələcək.

Günün sonuncu matçında isə lider “Qarabağ” “Zirə”ni sınağa çəkəcək.

Xatırladaq ki, ilk oyun günündə “Neftçi” “Səbail”i 3:1 hesabıyla məğlub edib. Tura sabah keçiriləcək “Turan Tovuz” – “Sabah” və “Sumqayıt” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
15-ci tur
28 noyabr

“Şamaxı” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Şamaxı şəhər stadionu, 14:00.

“Qarabağ” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Rəhman İmami, Cəmil Quliyev, Əkbər Əhmədov.
Bakı. “Azersun Arena”, 19:00.