Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Sabah” doğma meydanda autsayder “Səbail”lə qarşılaşacaq. Lider “Qarabağ” isə əsas izləyicisi “Zirə”nin qonağı olacaq.
Ötən gün baş tutan “Keşlə” – “Sumqayıt” matçında qalib müəyyənləşməyib (1:1), “Neftçi” isə “Qəbələ”yə 4:0 hesabıyla qalib gəlib.
Azərbaycan Premyer Liqası
20-ci tur
19 mart
“Sabah” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov.
Masazır. “Bank Respublika Arena”, 16:45.
“Zirə” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Müslüm Əliyev, Cəmil Quliyev, Rəvan Həmzəzadə.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
***
Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub.
Sonuncu oyun günündə 2 matç keçirilib. Əvvəlcə “Sabah” doğma meydanda “Səbail”lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Lider “Qarabağ” isə “Zirə”nin qonağı olub. Matç Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
19 mart (şənbə)
19:00.“Zirə” – “Qarabağ” - 0:3
Qollar: Ramil Şeydayev, 10, Kadi Borqes, 47, 64
16:45. “Sabah” – “Səbail” - 1:0
Qol: Kristian Sebalyos, 61
Son xəbərlər
Son Xəbərlər