“Qarabağ” - “Zirə” matçında 6 qol

“Qarabağ” - “Zirə” matçında 6 qol
Oxunma sayı: 1438

Son ölkə çempionu “Qarabağ” 2021-ci ildə ilk oyununa çıxıb.

"Qafqazinfo" xəbər verir ki, Ağdam klubu “Zirə” ilə yoxlama matçında qüvvəsini sınayıb.Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada üç hissə (bir və ikinci hissə 45 dəqiqə, üçünü hissə 30 dəqiqə) oynanılıb. Görüş  3:3 hesabı ilə başa çatıb.

Qeyd edək ki, “Qarabağ” Premyer Liqanın 13-cü turunda "Zirə" ilə görüşdə ilk hissədə 0:2 hesabı ilə geridə olsa da, ikinci hissədə 3 qol vuraraq 3:2 hesabı ilə qalib gəlmişdi.

14 yanvar

16:00. "Qarabağ" - "Zirə" - 3:3
Qollar: Filip Ozobiç, 50, Mahir Emreli, 61, Abdullah Zubir, 66 - Klesio Bauk, 4, 41, Sərtan Taşkın, 95