“Qarabağ” “Zirə”yə, “Qəbələ” AZAL-a qarşı

qarabag-zireye-qebele-azal-a-qarsi
Oxunma sayı: 765

Bu gün Topaz Premyer Liqasında 17-ci tura start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, çempionluğa iddialı iki komanda – “Qarabağ” və “Qəbələ” rəqiblərini doğma meydanda qəbul edəcək. 

Lider “Qarabağ” doğma divarlar arasında “Zirə”ni sınağa çəkəcək.
“Qəbələ” isə AZAL-la matçda 3 xal qazanmağa çalışacaq.

Topaz Premyer Liqası
XVII tur
15:00. "Qəbələ" - AZAL
Qəbələ şəhər stadionu

17:30. "Qarabağ" - "Zirə"
"Azərsun Arena"