“Qarabağ”a 3 minlik cərimə

“Qarabağ”a 3 minlik cərimə
Oxunma sayı: 1406

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, toplantıda Premyer Liqanın XVI turunun oyunlarında qayda pozuntularına baxılıb.

“Sumqayıt”la oyunda “Qarabağ”ın futbolçusu Uroş Matiçin formasında standartlar pozulduğu üçün klub 3000 manat cərimə olunub.

“Neftçi” ilə qarşılaşmada  “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimələnib. Həmin oyunda  “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.