“Qarabağa 4 sınaq yürüşü həyata keçirilib”

“Qarabağa 4 sınaq yürüşü həyata keçirilib”
Oxunma sayı: 1092

“Müxtəlif sosial qruplardan olan insanların işğaldan azad edilən ərazilərə mütəmadi səfərlərinin təşkili və yenidənqurma işlərinin genişlənməsi ilə əlaqədar müvafiq icazə əsasında ezam edilən işçilərin say çoxluğu müntəzəm avtobus marşrutunun yaradılmasını zəruri edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, uzun müddət işğal altında olan torpaqlarımız azad edildikdən sonra orada geniş quruculuq işlərinə start verilib.

R.Hümmətovun sözlərinə görə, görülən işlərin əsas məqsədi böyük qayıdışa şərait yaratmaqdır: “Hesab edirik ki, görülən işlər artıq sərnişindaşımaya da şərait yaradacaq. Bu vaxta qədər 4 sınaq yürüşü həyata keçirilib və müsabiqə ilə daşıyıcılar seçilib”.

Gülnar Əliyeva