Qarabağa gəlmək istəyən erməni deputatlar Azərbaycan sərhədindən geri qaytarıldı - Foto

qarabaga-gelmek-isteyen-ermeni-deputatlar-azerbaycan-serhedinden-geri-qaytarildi
Oxunma sayı: 3640

Ermənistan parlamentinin müxalifətçi deputatları Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmayıblar.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan məlumat verib.

“Hayastan” fraksiyasının üzvü Artur Kazinyanın sözlərinə görə, deputatların avtomobilləri nəzarət-buraxılış məntəqəsində saxlanılıb. O bildirib ki, Azərbaycan tərəfi rusiyalı sülhməramlıların operativ qərargahına deputatların Azərbaycan ərazilərinə buraxılmaması ilə bağlı təlimat verib.