Qarabağa həsr olunmuş moda nümayişi... - Fotolar

qarabaga-hesr-olunmus-moda-numayisi
Oxunma sayı: 6175

Norveçdə doğulan həmvətənimiz Şervin Nəcəfpurun Türkiyənin turizm paytaxtı sayılan Antalya şəhərində 25 avqust 2021-ci il tarixdə dijital moda nümayişi həyata keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, “Antalya Fashion Week Digital 2021”də Azərbaycanın tarixi qələbəsinə və Qarabağın azad edilməsinə həsr olunmuş “Böyük Qayıdış” (The Great Return) adlı kolleksiya təqdim edilib.

Kolleksiya özündə bir sıra anlamlı mesajlar daşıyır. Ümumilikdə tarixi zəfərimiz noyabr ayında qazanıldığı üçün yeni kolleksiya ancaq 11 geyimdən ibarət olub. 

Kolleksiyanın təqdimatı isə 8 rəqəminin istifadəsi ilə Şuşanın azad edildiyi günü, əbədilik və zəfər bayramımızı özündə əks etdirir.

Yeni kolleksiyanın digər özəlliyi isə seçilən rənglərin “Xarı Bülbül” rəsmlərinin və aksesuarlarının da yer aldığı libaslardan ibarət olmasıdır. Əl ilə işlənmiş aksesuarlar isə azərbaycanlı usta Nigar Nəsibli tərəfindən xüsusi olaraq bu kolleksiya üçün hazırlanıb.

Kolleksiyanın nümayişi Döşəməaltı Bələdiyyəsinin dəstəyi ilə 13-cü yüzilliyə aid olan Evdir Xanda, Xalı Tarlası adlanan məkanda aparılıb.