""Seltik"lə oyun işimizin zirvəsi olacaq. Ancaq bu haqda danışmaq çox tezdi. Çünki bizi "Qarabağ"la çətin cavab görüşü gözləyir. Sadəcə, "Seltik"lə oyun barədə danışmağı xahiş etdilər və buna görə də cavablandırdım. Hazırda bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik. “Seltik”lə oynamaq qeyri-real deyil".
O, ilk oyunda olduğu kimi ağdamlıların Monteneqroda da favorit olduğunu bildirib: "İlk oyunda olduğu kimi "Qarabağ" yenə cütün favoritidir. Bakıda məqsədimiz qol buraxmamaq idi və buna da nail olduq. Cavab görüşündə də tələsməyəcəyik. Çünki evdə qol buraxmaqdansa, hesabın açılmaması daha sərfəlidir. Səbirli, məsuliyyətli və intizamlı oynasaq, mərhələni keçə bilərik. “Qarabağ”a qarşı müdafiədən oynayacağıq”.
Qeyd edək ki, iyulun 22-də keçiriləcək "Rudar" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Son xəbərlər
Son Xəbərlər