Qarabağa səfərlər üçün biletləri bu saytdan ala bilərsiniz

qarabaga-seferler-ucun-biletleri-bu-saytdan-ala-bilersiniz
Oxunma sayı: 7011

“Qarabağa səfərlər üçün biletlər yolumuzqarabaga.az saytından alına bilər və bunun üçün vətəndaş şəxsiyyət vəsiqəsindəki məlumatları daxil etməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə çıxış edən Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

F.Cəfərov qeyd edib ki, ASAN loqin vasitəsilə sayta daxil olanlar üçün buna ehtiyac yoxdur: “Bu üsulla bilet almaq istəyən şəxslərin əlavə məlumatları daxil etməsinə ehtiyacı yoxdur. Vətəndaş özü ilə digər şəxs üçün bilet almaq istəyirsə, bu zaman onun şəxsiyyət vəsiqəsinin FİN kodunu yazması kifayətdir”.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Eldəniz Məmmədov deyib ki, səfərlərlə bağlı əsas 3 istiqamətdə iş görülüb: “İlkin olaraq bütün səfərlər müşayiətlə həyata keçirəcək. Vətəndaşlar azad olunmuş ərazilərə daxil olmamış son duracaqda onlar tabletlər vasitəsilə bir daha yoxlanacaq. Polis əməkdaşı avtobusa əyləşəcək və onun iştirakı ilə səfər təşkil ediləcək”.

Gülnar Əliyeva