“Qarabağ”a uduzan komanda Avroliqanın finalında

qarabaga-uduzan-komanda-avroliqanin-finalinda-
Oxunma sayı: 1326


“Qafqazinfo”nun məlumatına görə, iki oyunla finalçılar bəlli olub.

“Qarabağ”la eyni qrupda mübarizə aparmış Ukraynanın “Dnepr” klubu  “Napoli”ni qəbul edib. Səfərdə keçirilən ilk oyunda rəqibi ilə 1:1 hesablı bərabərə qalan Dneprpetrovsk klubunun finala çıxmaq üçün yaxşı şansı var idi. 

Rəqibinə 1:0 hesabı ilə qalib gələn “Dnepr” tarixində ilk dəfə Avropa Liqasının finalına yüksəlib.

Avropa Liqasının son qalibi “Sevilya” isə “Fiorentina”nın qonağı olub. Səfərdə də rəqibinə 2:0 hesabı ilə qalib gələn İspaniya təmsilçisi finala adlayıb. 


00:05. "Dnepr" (Ukrayna)  - "Napoli" (İtaliya) - 1:0

Qol: Seleznyov, 58 (1:0)


00:05. "Fiorentina" (İtaliya) - "Sevilya" (İspaniya) - 0:2 

Qollar: Bakka, 22 (0:1), Karriko, 27 (0:2)

Qeyd edәk ki, Dnepr Avroliqanın qrup mәrhәlәsinә tәmsilçimuz “Qarabağ”la eyni qrupda yer almışdı. Ağdam tәmsilçisi hәtta Kiyevdә ukraynalılara 1:0 qalib gәlmişdi.