Qarabağa və şəhidlərə həsr olunmuş fotobank istifadəyə verildi

qarabaga-ve-sehidlere-hesr-olunmus-fotobank-istifadeye-verildi
Oxunma sayı: 820

Qarabağ və şəhidlərə həsr olunmuş unikal vahid fotobank yaradıldı və istifadəyə verildi.

Sözügedən platforma vasitəsilə hər bir istifadəçi şəhidlər haqqında məlumat əldə edə, eyni zamanda mövcud məlumatı yeniləyə və zənginləşdirə bilər. Bunun sayəsində platforma daim inkişaf edib təkmilləşəcək.

Əlavə olaraq fotobankda Qarabağın tarixinə, məişətinə və mədəniyyətinə aid şəkillər, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində vuruşan hərbçilərin qısa həyat hekayələri yer alacaq.

Nəzərinizə çatdıraq ki, bu layihə “PAŞA Həyat” və “PAŞA Holding” şirkətləri tərəfindən həyata keçirilir. Məqsəd Qarabağla bağlı məlumatları bir yerə toplayıb saxlamaq və yaymaq, eləcə də şəhidlərimizin xatirəsini əbədiləşdirməkdir.