“Qarabağa və Şərqi Zəngəzura gələndə ilk hiss etdiyim qürur hissidir”

qarabaga-ve-serqi-zengezura-gelende-ilk-hiss-etdiyim-qurur-hissidir
Oxunma sayı: 1293

“Hər dəfə Qarabağa və Şərqi Zəngəzura gələndə ilk növbədə hiss etdiyim qürur hissidir. Çünki xalqımla, ordumuzla, qəhrəmanlarımızla fəxr etməmək mümkün deyil”.

“Qafqazinfo” xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Vətən müharibəsinin qəhrəman əsgər və zabitlərimizin, xalqımızın vətənpərvərliyini bir daha nümayiş etdirdiyini vurğulayan Azərbaycan Prezidenti deyib: “Bütün bunlar xalqımızı bir daha, hətta hər birimizə tanıtdı, Azərbaycan insanının necə yüksək mənəvi keyfiyyətlərə malik olmasını bir daha göstərdi, ilk növbədə, hər birimizə və bütün dünyaya”.