Qarabağda 24 mindən çox partlayıcı zərərsizləşdirilib

qarabagda-24-minden-cox-partlayici-zerersizlesdirilib
Oxunma sayı: 653

Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağdakı Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin mütəxəssisləri tərəfindən təxminən 24,2 min partlayıcı obyekt zərərsizləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, sülhməramlılar minaların təmizlənməsi və yaşayış məntəqələrinin kənarlarının təmizlənməsi zamanı hərbçilərin təhlükəsizliyini təmin etməyə və hər cür hava şəraitində ərazini yüksək səviyyədə təmizləməyə imkan verən müasir “Uran-6” robot sistemlərindən istifadə edirlər.

23 noyabr 2020-ci il tarixindən etibarən əməliyyat zamanı sülhməramlı qüvvələrinin mühəndis bölmələri 1191,3 hektar ərazi, 350 km-dən çox yol, 1170 yaşayış binası, o cümlədən 29 sosial əhəmiyyətli obyektlərdə təxminən 24,2 min partlayıcı obyekt zərərsizləşdirilib.

Kəşf edilmiş partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqonda çıxarılır və məhv edilir. Evakuasiya edilə bilməyən partlayıcı sursatlar, bütün təhlükəsizlik tədbirləri ilə yerindəcə məhv edilir.