Qarabağda aviamərmi partlayıb, erməni yaralanıb

qarabagda-aviamermi-partlayib-ermeni-yaralanib
Oxunma sayı: 807

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində aviamərmi partlayıb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, partlayış nəticəsində 34 yaşlı Ararat Sarkisyan yaralanıb. İnsident səhər saatlarında Sarkisyan bostanda işləyərkən baş verib. Yaralı xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağırdır.

Hadisənin detalları bilinmir.