“Qarabağda birmənalı olaraq Azərbaycan qanunları işləyəcək”

qarabagda-birmenali-olaraq-azerbaycan-qanunlari-isleyecek
Oxunma sayı: 2759

"Düşmən tapdağından azad edilmiş ərazilərimizdə  məskunlaşacaq olanlar Azərbaycan vətəndaşlığını qəbul edəcək, Azərbaycan manatı dövriyyəyə buraxılacaq, bütün şərtləri diktə edən tərəf Azərbaycan tərəfi olacaq və maddi-mənəvi mədəniyyət nümunələrimizin, eyni zamanda ictimai asayişin qorunmasına Azərbaycan polisi nəzarət edəcək və Qarabağa heç bir status verilmədiyinə görə digər rayonlarımızda olduğu kimi burada da Azərbaycan qanunları işləyəcək".

"Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib. 

O bildirib ki, bundan sonra Azərbaycan ərazi bütövlüyü çərçivəsində bütün şərtləri diqtə edən tərəf olaraq məcburi köçkünləri geri qaytararaq demoqrafik balansı öz xeyrinə dəyişəcək, ərazidə fəaliyyət coğrafiyası, fəaliyyət qaydaları və müddəti Azərbaycanla razılaşdırılacaq, Azərbaycan bütün strateji yüksəkliklərə, yollara tam nəzarət edəcək. Həmçinin Azərbaycan-Ermənistan arasında 200 km-lik sərhəd Azərbaycan Sərhəd Xidmətinin nəzarətində olacaq, Ermənistanla Qarabağ arasında əlaqə yalnız Laçın koridorunun yanından keçəcək 5 km-lik koridor vasitəsilə mümkün olacaq və bu keçid məntəqəsinə də Azərbaycan nəzarət edəcək.

Dünən artıq qardaş Türkiyə və Rusiya arasında birgə monitorinq barədə saziş imzalandı, bununla da Türkiyə Qarabağda Ermənistanın hərbi qüvvələrinin çıxarılması prosesini yaxından monitorinq edəcək.